Dünya futbolunun canlı əfsanəsi olan braziliyalı Pele əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, ötən gecə qarın nahiyəsində şiddətli ağrılar səbəbindən xəstəxanaya yerləşdirilən 74 yaşlı veteran futbolçunun əməliyyatı uğurla keçib.
Xatırladaq ki, Pele iki il öncə də ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
