Çempionumuzun Azərbaycan Premyer Liqasnın X turunda “Səbail”lə oyununda zədələnən oyunçusu Pedro Enrike İspaniyaya yollanmazdan öncə hava limanında qısa açıqlama verib
Braziliyalı oyunçu “Atletiko” ilə matçda oynamasının mümkün olduğunu deyib: “Madriddə meydana çıxa bilərəm, ancaq yenə də son qərarı həkimlər və baş məşqçi verəcək. Mənə elə gəlir ki, oynamağım mümkündür. Son dəfə müayinə olacam və ona uyğun olaraq qərar veriləcək”.
Qeyd edək ki, “Səbail”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da hücumameyilli yarımmüdafiəçinin zədəsinin ciddi olmadığını bildirmişdi.
apasport.az
