“Çelsi” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Branislav İvanoviçin müqaviləsinin müddətini uzatmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, “zadəganlar” serbiyalı müdafiəçiyə yeni birillik sözləşmə təklif ediblər.
İvanoviç yeni müqaviləyə qol çəkəndən sonra məvacibi də artırılacaq. Belə ki, o, London klubunda həftədə 125 min avro qazanacaq.
