Paytaxt klubunun tarixində bir ilk
13.02.2023 , 10:02

“Sabah” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub.
Korner.az xəbər verir ki, yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub.
“Sabah” tarixində ilk dəfə bir mövsümdə 100-ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub.
“Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.
