İspaniyanın paytaxtı Madridin “Atletiko” klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri UEFA-nın rəsmi saytı yazıb.
Rumıniyalı futbolçu 44 yaşında ürəktutmasından dünyasını dəyişib.
Daniel Prodan karyerasına Rumıniyanın “Olimpiya” klubunda başlayıb. Qısa zamanda paytaxtın “Styaua” klubuna keçən futbolçu 1997-ci ildə Madridə yollanıb.
1993-2001-ci illərdə Rumıniyanın heyətində 54 oyuna çıxan Daniel komandası ilə birgə DÇ-1994-ün 1/4 finalına qədər yüksəlib
