Londonun “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas Çempionlar Liqası 1/8 mərhələsi çərçivəsində keçiriləcək PSJ ilə matçı buraxa bilər.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Mirror” qəzeti yayıb. Mənbənin yazdığına görə, ispan yarıımdüfiəçi qrip virusuna tutulub. Belə olduğu halda “zadəganlar”ın baş məşqçisi Xose Mourinyonun ona şans verməsi sual altındadı.
Qeyd edək ki, PSJ – “Çelsi” oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
