Paytaxt klubunun futbolçusu koronavirusa yoluxdu
25.04.2020 , 19:03

“Sportinq”in futbolçusu koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, klubun bütün işçi heyəti və komanda üzvləri koronavirus testindən keçirilib.
Komandanın bir futbolçusunda virus aşkarlandığı bildirilib.
Qeyd edək ki, Portuqaliyada 22797 nəfər koronavirusa yoluxub.
