İtaiyanın “Roma” klubunun futbolçusu Daniel de Rossi gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri “La Gazetta dello Sport” qəzeti yayıb. Məlumatda deyilir ki, italyalı futbolçu karyerasını vətənində deyil, Argentinada bitirmək istəyir. Uşaqlıqdan “Boka Huniors” fanatı olduğunu dilə gətirən Rossi:
“Karyeramı Argentinada bitirmək istəyərəm. Məsələn, “Boka Huniors” klubunda. “River Pleyt”ə qarşı derbi oynamaq möhtəşəm olardı”, – fikirlərini səsələndirib.
