İtaliyanın "Roma" klubunun futbolçusu Viktor İbarbo zədələnib.
Korner.az-ın məumatına görə, bu xəbər italyan mətbuatında yer alıb. Xəbərdə deyilir ki, İbarbonun əzələsi dartılıb. Həkim müayinəsindən sonra futbolçunun ən az 5 həftə futbol oynaya bilməyəcəyi bildirilib.
Xatırladaq ki, Viktor İbarbo son turda oynanılan "Kalyari" ilə matçda zədələnmişdi
