Xəbər verdiyimiz kimi, hazırda "İnter" Tükiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, Türkiyəyə yollanan heyət arasında "İnter"in U-11 komandasının baş məşqçisi Rövşən Babayev və əvəzedici komandasının məşqçisi Rüstəm Əliyev də yer alıblar. Hər iki məşqçi toplanışa təcrübə artırmaq məqsədiylə yollanıb. Qeyd edək ki, Rüstəm Əliyev üçün bu, birinci belə səfərdir, Rövşən Babayev isə artıq bir dəfə "İnter"in əsas komandasıyla birgə toplanışda iştirak etmişdi.
Toplanışda iştirak barədə danışan hər iki məşqçi bu sözləri söylədilər:
Rövşən Babayev: "Əsas komandanın toplanışına ardıcıl ikinci dəfə qatılıram. Bu imkanı mənim üçün yaratdığında görə "İnter" Pəşəkər İdman Klubunun rəhbərliyinə və əsas komandanın baş məşqçisi olan Kaxaber Tsxadadzeyə dərin təşəkkürümü bildirmək istərdim. Komandanın hazırlıq prosesini izləmək bizə çox böyük fayda verir".
Rüstəm Əliyev: "Bu cür səfərlər gənc məşqçilər üçün çox önəmlidi. Məşq prosesini izləyib bilmədiyini öyrənirsən, özün üçün müəyyən qeydlər aparırsan. Yaratdığı bu şansa görə klubumuzun rəhbərliyinə və Kaxaber Tsxadadzeyə öz minnətdarlığımı bildirmək istərdim".
