Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun qarşıdan gələn "Bakı" – "İnter" görüşü hər iki komanda üçün sayca 26-cı olacaq. Korner.az-ın məlumatına görə, bunadək komandalar bir-biri ilə 25 dəfə qarşılaşıb.
22 oyun çempionat çərçivəsində keçirilib. 3 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 8 dəfə məğlub edə bilib. "Bakı" isə 11 qələbəyə sevinib (Qeyd edək ki, bu qələbələrin biri oyuna əlavə olunmuş vaxtda əldə olunub, bir qələbə isə texniki olub). 25 oyunun 6-sı heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi "Bakı"nın xeyrinədi – 22:13.
Komandalar ilk dəfə 2004/05 mövsümündə çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 0:0 hesabıyla başa çatıb. “İnter” və "Bakı" qarşıdurmasında ilk qolun müəllifi "Bakı" klubunun gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub.
Xatırlardaq ki, ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar və 2 oyun "Bakı"nın qələbəsilə başa çatıb – 3:0 (+:-), 1:0. İki oyunda isə "İnter" qalib gəlib – 1:0, 1:0. "Bakı" – "İnter” oyunlarında ən populyar hesab 1:0-dı. Belə nəticə 25 görüşün 12-də qeydə alınıb.
Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən ev oyunlarında “Bakı” üstünlüyə malikdi. Belə ki, 11 qarşılaşmada ev sahibləri 5 dəfə qələbəyə seviniblər. 3 matçda "İnter" qələbə qazanıb. Digər 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi "Bakı"nın xeyrinədi – 9:4.
Qeyd edək ki, "Bakı" – "İnter" matçı oktyabrın 26-da keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.
