“Rəvan” Premyer Liqanın XXXI turunda evdə AZAL-la qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, “Rəvan” ikinci “altılığ”ın lideri ilə indiyə qədər 7 dəfə qarşılaşıb.
Bu matçlarda “aslanlar” 4 dəfə qələbə qazanıbsa, 2 halda meydanı xalsız tərk edib. Bunlar cari mövsümün səfər oyunlarına təsadüf edib. “Rəvan” ilkin mərhələdə 1:3, final mərhələsində isə 2:3 hesabı ilə yenilib. Ancaq bu komanda ev oyunlarınının hər üçündə rəqibini məğlub edib. “Rəvan” topların fərqində də üstələdiyi AZAL ilə keçirdiyi bütün oyunlarda ən azı 1 qol vurmağı bacarıb.
Onu da bildirək ki, “Rəvan” ikinci “altılıq”da evdə keçiridiyi 4 oyunun hamısında qələbə qazanıb. “Xəzər Lənkəran” və “Turan”ı 1:0 hesabı ilə üstələyən “Rəvan” “Sumqayıt”la “Kəpəz”in qapısından 3 cavabsız top keçirib.
Başqa sözlə, bu mövsüm son ev matçında seriyanı davam etdirmək lazımdı. AZAL isə final mərhələsində heç kimə uduzmayıb. Son 10 oyunun 9-da qələbə qazanmış “təyyarəçilər” dalbadal 6 matçdı qalib gəlir. Deməli, “Rəvan” öz qələbə seriyasını davam etdirməklə rəqibin seriyasına da son qoymuş olacaq.