“Atletiko” daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Tiaqo Mendeşlə müqavilənin müddəti uzadılıb.
Gələn ay klubla müqaviləsi başa çatacaq portuqaliyalı futbolçu Madrid təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 2010-cu ildə “Yuventus”dan transfer olunan Mendeş ötən mövsüm keçirdiyi 19 oyunda 1 qol vurub və iki məhsuldar ötürmə verib.
