“Tottenhem” klubu baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni yeniləməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Daily Mirror” qəzeti yayıb.
London təmsilçisi argentinalı mütəxəssisi daha uzun müddət komandada saxlamaq niyyətindədir.
Poçettinonun adının “Çelsi” ilə hallanması “Tottenhem” rəhbərliyini hərəkətə keçib. Tezliklə 43 yaşlı mütəxəssislə danışıqlara başlayacaq rəhbərlik Poçettinonu klubda saxlamağa çalışacaq.
