İngiltərə çempionu “Çelsi” heyətində ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “zadəganlar”ın əsas qapıçısı Tibo Kurtua sıradan çıxıb.
Yerli mətbuatın yazdığına görə, 23 yaşlı qolkiper dünən məşq zamanı dizindən zədə alıb. Hazırda komanda həkimləri belçikalı əlcək sahibini “Everton”la matça hazırlamağa çalışır.
