90 dəqiqəlik məşq və standart vəziyyətlər
Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "Bakı" bu oyununa hazırlığını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın təlim-məşq bazasının stadionunda toplaşan "Bakı" qızınma hərəkətlərindən sonra baş məşqçinin təmrinlərinə əsasən çalışmağa başlayıb.
Məşqdə zədəli Uinston Parks və milli komandalarının heyətinə dəvət alan Giorgi Popxadze (Gürcüstan), Elvin Məmmədov (Azərbaycan) və Novruz Məmmədov (Azərbaycan U-21) yer almırdılar.
Bojidar Bandoviç 90 dəqiqə sürən məşq zamanı standard vəziyyətlərin icrasına xüsusi yer ayırıb. Güclü yağışla müşahidə olunan məşq zamanı futbolçuların əzmkarlıqla çalışması diqqətləri çəkib.
