"Rəvan” ötən həftənin cümə günü Topaz Premyer Liqasının XXI turu çərçivəsində oyununu keçirəndən dərhal sonra növbəti matç barədə düşünməyə başlayıb.
Korner.az-ın məlumatına görə, komanda fevralın 27-də Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşündə üz-üzə gələcəyi "Xəzər Lənkəran”la qarşılaşmaya ciddi hazırlaşır.
"Rəvan” bü gün kubok matçına hazırlıq çərçivəsində artıq ikinci məşqini keçirib. Ənənəvi olaraq "Bayıl Arena”da toplaşan komanda mərhələ adlamaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir. Maraqlıdı ki, çempionatda 4 dəfə görüşən rəqiblər kubokda ilk dəfə görüşəcək.