İngiltərə Premyer Liqasını tərk edən növbəti klubun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, 36-cı turda “Mançester Siti”yə 0:6 hesabı ilə darmadağın olan KPR bununla da elitada qalmaq şanslarını rəsmən itirib.
London klubunun aktivində 36 oyundan sonra 27 xal var. Hazırda sonuncu pillədə qərarlaşan komanda 17-ci yerdən 9 xal geri qalır.
