“Payız turniri” keçiriləcək
02.12.2019 , 16:26

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə dekabrın 3-dən 5-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək.
Korner.az xəbər verir ki, oyunlar Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.
Turnirin təqvimini diqqətinizə çatdırırıq:
3 dekabr
09:30. Açılış mərasimi
10:00. Bakı – Azəri
11:00. Zirvə – Şimşək
12:00. Azəri – Ümid
4 dekabr
09:30. Zirvə – Bakı
10:30. Şimşək – Azəri
11:30. Ümid – Zirvə
12:30. Bakı – Şimşək
5 dekabr
09:30. Ümid – Bakı
10:30. Azəri – Zirvə
11:30. Şimşək – Ümid
12:30. Mükafatlandırma mərasimi
