Pavel Paşayevin zədəsiylə bağlı açıqlama
13.09.2018 , 14:05

“Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran millimizin heyətində Malta ilə Millətlər Liqası matçında (1:1) zədələnən müdafiəçi Pavel Paşayevlə bağlı danışıb.
Mütəxəssis Paşayevin bu turda oynamayacağını deyib. Şaranın sözlərinə görə, 30 yaşlı müdafiəçinin bərpası üçün müəyyən vaxt lazımdır.
Qeyd edək ki, Paşayev Kosovo ilə oyunda 90 dəqiqə meydanda olsa da, Malta ilə matçın ilk hissəsində rəqib futbolçunun müdaxiləsindən sonra zədələnmişdi.
