Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, “Volın” klubu millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal”I qəbul edib.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Paşayev meydana start heyətində çıxıb, sonadək oynayıb.
Hal-hazırda hesabında 37 xal olan “Stal” ikinci altılıqda 1-ci pillədə qərarlaşıb.