Pavel Paşayev ayın futbolçusu seçildi
11.11.2020 , 12:10

Ukraynanın “Aleksandriya” klubunda oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Azarkeşlər arasında aparılan səsvermədə Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev 1-ci olub. O, digər namizədlər Vladislav Babaqlo və Vasili Qritsuku qabaqlayıb.
“Aleksandriya” oktyabrda Paşayevin də iştirak etdiyi 4 oyunun 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də məğlub olub.
