“Şaxtyor”un baş məşqçisi Paulu Fonseka maraqlı addımım ilə yadda qalıb
O, Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti” üzərində qələbədən sonra (2:1) mətbuat konfransına “Zorro”nun kostyumunda gəlib. Portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl edib.
Baş məşqçi bunun səbəbini belə izah edib: “Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı “Zorro”nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın “Zorro”su xoşuma gəlir”.
