DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda millimizlə qarşılaşacaq Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu oyun öncəsi açıqlama verib.
Korner.az-ın məlumatına görə, Bentu qarşıdakı iki oyunla bağlı bunları deyib:
"Bizim hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Qarşıdakı iki oyun da istisna deyil. Futbolçular başa düşürlər ki, qarşıya qoyulan hədəfə çatmaq üçün bu, çox vacibdi. İsrail və Azərbaycanla oyunlara qədər biz bunun üzərində işləyəcəyik”.
