“Sabah biz yaxşı müdafiə olunan bir komandaya qarşı oynayacağıq. Biz öz meydanımızda bunu görmüşük. Buna görə bizə çox çətin olacaq. Üstəlik, Azərbaycan öz azarkeşlərin dəstəyi altında oynayacaq. Buna görə də ikiqat konsetrasiya olunub, qələbə üçün əlimizdən gələni edəcəyik. Biz Azərbaycanla oyunda məğlubiyyət haqda heç düşünmürük”.
Korner.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu deyib.
Sabah Azərbaycanla dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaq Portuqaliya yığmasının çalışdırıcısı Ronaldo və Naninin yoxluğunu ciddi itki hesab edir:
"Düzdü, hər iki futbolçunun yoxluğu ciddi itkidi. Ancaq Portuqaliya Ronaldo və Nanidən asılı olan ölkə deyil. Komandamızda olanlar Ronaldo, Nanini əvəzləməyə hazırdırlar. Biz komanda şəkilində mübarizə aparmalıyıq".
