Paulinyo Çin klubuna keçir
09.07.2018 , 09:49

“Barselona”nın yarımmüdafiəçisi Poulinyo karyerasını yenidən Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü sabiq klubu “Quançjou Everqrand” klubuna keçib. O, yeni klubunda icarə əsasında çıxış edəcək. 29 yaşlı futbolçu 1 il müddətinə 14 milyon avro məvacib alacaq. Çin klubu Paulinyonu mövsümün sonunda 50 milyon avro ödəyərək, transfer edəcək.
“Barselona” Paulinyonu ötən il “Quançjou Everqrand”dan 40 milyon avroya transfer etmişdi.
