Pau Kubars “Barselona”da 100-cü oyununu qeyd etdi
17.12.2025 , 14:30
“Barselona”nın gənc mərkəz müdafiəçisi Pau Kubars Kataloniya klubunda 100-cü oyununu qeyd edib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bundan sonra daha çox çıxış etməyi arzulayır:
“Həyatımın klubunda 100-cü oyun! Ümid edirəm ki, burada hələ çox oyun keçirəcəyəm. Bu, mənim üçün möhtəşəmdir.”
Kubars Kral Kubokunun 1/32 finalında “Qvadalahara” ilə matçda ikinci hissədən meydana daxil olub. Oyunu “Barselona” 2:0 hesabı ilə qələbə ilə tamamlayıb.