37 yaşında karyerasını başa vurdu
11.12.2025 , 14:54
Portuqaliya millisinin sabiq qapıçısı Rui Patrisio futbolçu karyerasını bitirmək qərarına gəlib.
Korner.az xəbər verir ki, 2016-cı ildə Avropa çempionu olan təcrübəli qolkiper artıq aktiv futbol həyatına son qoyduğunu açıqlayıb.
37 yaşlı Patrisio qərarını şəxsi sosial media hesabında paylaşdığı mesajla rəsmiləşdirib.
Qeyd edək ki, qolkiper karyerası boyunca “Sportinq”, “Vulverhempton”, “Roma”, “Atalanta” və “Əl Əyn” kimi klubların qapısını qoruyub.