Ölkə futbolu

Patrik Andrade: “Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm”

10.03.2021 , 19:33

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı (2:0) keçirdikləri oyunu şərh edib.

Korner.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. “Zirə” ilə oyun keçmişdə qaldı, indi “Sabah”la matçı düşünürük”.

Son yazılar

Yuxarı