Patonun yeni klubu bəlli oldu
28.03.2019 , 13:48

Braziliyalı futbolçu Aleksandr Patonun yeni klubunun adına aydınlıq gəlib.
Sambaçı ölkəsinin San Paulo klubu ilə razılığa gəlib. Braziliya klubu Pato ilə 3,5 illik müqavilə imzlayaıb. Patonun keçidi San Paulo klubuna 8 milyon avroya başa gəlib.
Qeyd edək ki, Patonun son klubu Çinin “Tianjin Tianhin” klubu olub. O, burada 47 görüşə çıxıb və 30 qol vurub.
