Paşayevli “Aleksandriya”dan xal itkisi
01.03.2020 , 12:55

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” “Lvov”la qarşılaşıb. Matç heç-heçə ilə başa çatıb – 1:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb.
“Aleksandriya” hazırda 34 xalla 5-ci pillədə qərarlaşıb.
