Paşayevli “Aleksandriya”dan qələbə
04.02.2020 , 16:39

Ukraynanın “Aleksandriya” klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Premyer Liqa təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb və bu matçdan qələbə ilə ayrılıb – 1:0.
Pavel də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
