Paşayevli “Aleksandriya”dan qələbə
15.03.2020 , 16:10

Ukrayna Premyer Liqasında XXIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” doğma meydanda “Kolos”a qalib gəlib – 4:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.
