Paşayevli “Aleksandriya”dan doğma meydanda məğlubiyyət
14.12.2020 , 18:31

Ukrayna Premyer Liqasında XIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” doğma meydanda “Zarya” ilə qarşılaşıb və məğlub olub – 0:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” hazırda 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
