Paşayevli “Aleksandriya” səfərdə uduzdu
02.12.2019 , 17:35

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Desna” ilə qarşılaşıb.Futbolçumuzun komandası bu görüşdə uduzub – 0:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
