Paşayevli “Aleksandriya” səfərdə məğlub oldu
25.10.2020 , 12:49

Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”suna məğlub olub – 0:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 9 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
