Paşayevli “Aleksandriya” səfərdə heç-heçə etdi
07.12.2020 , 18:24
Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Kolos”la heç-heçə edib – 1:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” hazırda 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.