Paşayevin komandasını yarımfinala buraxmadılar
12.03.2020 , 15:21

Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Kiyev “Dinamo”su ilə qarşılaşıb. Sözügedən komanda əsas vaxtı 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində qol buraxaraq, məğlub olub – 0:1.
Paşayev qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
