Paşayevin komandasından səfərdə heç-heçə
22.11.2020 , 12:15

Ukrayna Premyer Liqasında X turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” səfərdə Donetsk “Şaxtyor”u ilə heç-heçə ilə edib – 1:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 10 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.
