Paşayevin komandasından qələbə
21.02.2021 , 21:05

Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə “Minay”a 3:0 hesabı ilə qalib gəlib.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Aleksandriya” 22 xalla 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.
