Paşayevin komandasından qələbə
08.11.2020 , 15:39

Ukrayna Premyer Liqasında IX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” doğma meydanda “Lvov”a 1:0 hesabı ilə qalib gəlib.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
“Aleksandriya” 13 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
