Paşayevin komandasından heç-heçə
13.07.2020 , 17:16

Ukrayna Premyer Liqasında XXX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda Kiyev “Dinamo”su ilə heç-heçə edib – 2:2.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Aleksandriya” 30 turdan sonra 45 xalla 5-ci pillədə qərarlaşıb.
