Paşayevli “Aleksandriya”dan məğlubiyyət
08.03.2020 , 13:06

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya”doğma meydanda Kiyev “Dinamo”suna məğlub olub – 1:3.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana çıxıb.
“Aleksandriya” 22 turdan sonra 37 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
