Paşayevin komandasında kütləvi yoluxma
15.10.2020 , 18:52

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya”da son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Korner.az xəbər verir ki, bu müddət ərzində 27 nəfərdə infeksiya aşkarlanıb.
Onlardan 15 nəfəri evlərində karantinə alınıb, 11 nəfər ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.
