Paşayevin komandası yeni mövsümə qələbə ilə başladı
23.08.2020 , 13:55

Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Mariupol” ilə qarşılaşıb. Paşayevin komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
