Paşayevin komandası yenə məğlub oldu
28.06.2020 , 11:30
Ukrayna Premyer Liqasında XXVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Kolos”a uduzub – 1:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
“Aleksandriya” 28 turdan sonra 43 xalla 5-ci pillədə qərarlaşıb.