Paşayevin komandası uduzdu
05.04.2021 , 17:48

Ukrayna Premyer Liqasında XX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” doğma meydanda Kiyev “Dinamo”suna uduzub – 1:2.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 20 turdan sonra 26 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.
