Paşayevin komandası səfərdə darmadağın oldu
11.04.2021 , 13:33
Ukrayna Premyer Liqasında XXI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Desna”ya uduzub – 1:4.
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 21 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.