Futbol

Paşayevin komandası səfərdə uduzdu

03.05.2021 , 15:56

Ukrayna Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Rux”a 1:2 hesabı ilə uduzub.

Paşayev də bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib

“Aleksandriya” 24 turdan sonra 29 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı