Paşayevin komandası səfərdə məğlub oldu
05.10.2020 , 10:20

Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə Donetsk “Olimpik”inə uduzub – 2:3.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 5 turdan sonra 6 xalla 8-ci pillədə qərarlaşıb.
